Xəbər lenti

İranın Silahlı Qüvvələri İsraillə 12 günlük müharibədən sonra öz hücum potensialını 10 dəfə artırıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Hüseyn Necat bəyan edib.

"Əgər birdən sionist rejimi yenidən eyni səhvi etsə (İsrailin iyunda İrana hücumu nəzərdə tutulur - red.), bizim hücum imkanlarımız artıq 12 günlük müharibə zamanından 10 dəfə daha çoxdur", - deyə Hüseyn Necat bildirib.

Onun sözlərinə görə, İran, həmçinin əvvəlki münaqişə zamanı aşkar edilmiş bütün müdafiə çatışmazlıqlarını aradan qaldırıb.

Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab hücumu həyata keçirib. ABŞ iyunun 22-də münaqişəyə qoşularaq İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə zərbə endirib. Növbəti gün İran Qətərdəki Yaxın Şərqin ən böyük ABŞ hərbi hava bazası olan Əl-Üdeydə hücum edib. Bundan sonra ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail və İran atəşkəs rejiminin qurulmasına razılaşıblar. Bu qərar iyunun 24-də qüvvəyə minib.




Ana səhifəyə qayıt        Baxış: 2 915          Tarix: Dünən, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma