Qurban Bayramı günlərində paytaxtın 11 ərazisində qurbanlıq heyvanların kəsim məntəqəsi fəaliyyət göstərəcək. Bəs bu məntəqələrdə hazırda son vəziyyət necədi? Ümumiyyətlə, məntəqələrində bir heyvanın kəsilməsi neçəyə başa gəlir? İndi təqdim edəcəyimiz sujetdə bu suallara aydılıq gətilib.
Qurban bayramına 2 gün qalmasına baxmayaraq artıq Dövlət baytarlıq nəzarəti xidməti tərəfindən müəyyən olunmuş heyvanların kəsim məntəqələrində canlanma müşahidə olunur.
Paytaxta fəaliyyət göstərən kəsim məntəqələrinə indidən qurbanlıq heyvanların gətirilməsinə başlanılıb. Nərimanov rayonu ərazisində, Keşlə bazarında olan məntəqədə bayram gününə ciddi hazırlaşırlar. Məntəqədə olan Baytarlıq Nəzarəti Xidmətinin nümayəndəsi Mehman Əliyev deyir ki, bütün kəsim məntəqələrinə sanitar-gigenik qaydalara əməl olunması ilə bağlı göstəriş verilib. Bura gətirilən hər bir heyvan yoxlanışdan keçməli və qeydiyyat şəhadətnaməsi almalıdır. Məqsəd heyvanlarin saglamliginin vaxtında müəyyən olunmasi, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaqdır. Bu şəhadətnaməni təqdim etməyən şəxslər məntəqələrdə heyvanları kəsə bilməzlər.
Atatürk prospektində yerləşən digər kəsim məntəqəsində də hazırlıq işları aparılır. Məntəqəsinin sahibi Əli Hacıyev deyir ki, hər bir heyvan məntəqədə kəsildikdə sahibi buna görə 11-12 manat pul ödəməlidir. Heyvanın Baytarlıq nəzarətindən keçirilməsi isə ödənişinsizdir.
Dövlət baytarlıq Nəzarəti xidməti tərəfindən paytaxtın 11 ərazisində Qurban bayramı ilə əlaqədar heyvanların kəsmi mənətqələri təşkil edilib. Məntəqələr Nizami rayonuda Həsən Əliyev və Çobanzadə küçələrində, Binəqədi rayonunda Atatürk prospektində, Xəzər rayonu Buzovna qəsəbəsi ,Albalılıq sahəsində, Binə qəsəbəsində, Sabunçu rayonu Zabrat şosesində, Səbail rayonu Bayıl qəsəbəsində və Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşir.
Paylaş: