Xəbər lenti
Qurban bayramını uşaqlara izah etmək üçün ilk öncə onlara bayramın mənəvi tərəfi aşılanmalıdır.

Bu barədə psixoloq Narınc Rüstəmova danışıb.

Onun sözlərinə görə, bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir: “Amma qurbanlıq heyvanın azyaşlıların gözlərinin qabağında hissələrə ayrılması bir çox uşaqlar üçün travmatik hal yarada bilər. Bu halda qurbanın necə kəsilməsinə diqqət etməliyik.

Günümüzdə televiziya və internet vasitəsilə bir çox cizgi filmləri uşaqlara fiziki zorakılıq göruntülərini ən açıq şəkildə nümayiş etdirir. Bu cür görüntüləri izləyən uşaqların gözləri önündə qurban kəsmək bəzi hallarda şüuraltı silinməyən travmalara yol aça bilər”.

Narinc Rüstəmova bildirib ki, bu cür görüntüləri davamlı olaraq izləyən uşaqların yanında qurban kəsmək isə sanki "Dostuna vurma, heyvanlara zərər vermə, amma mən bu heyvanı kəsəcəyəm" deməkdir: “Təbii ki, ailələr bu cümlədən istifadə etməyəcəyi aydın məsələdir. Ancaq uşaqlar bunu düzgün başa düşməyə bilərlər.

Əsasən də 9-11 yaş arasında uşaqlar mücərrəd məfhumları qavramaq yetkinliyinə malik deyillər.

Məktəbəqədər yaşda olan uşaqlar bu hadisəni başa düşmürlər və onlarin nəzərində qurban mərasimi filmə bənzəyir. Qurban bayramını uşaqlara izah etmək üçün öncə onlara bayramın mənəvi tərəfi aşılanmalıdır. Bayramın nə demək olduğunu və onun mahiyyətini uşaqlara ,yaş qruplarına uyğun şəkildə başa salmaq lazımdır. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaq, zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Beləliklə, bu bayramın və ayinin də əsasında xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur".

Psixoloq əlavə edib ki, qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir: “Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın./Teleqraf.com/




Ana səhifəyə qayıt        Baxış: 1 547          Tarix: 1-09-2017, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma