1451-ci il avqustun 26-da adı əfsanələrə bürünmüş səyyah, tarixin ən müəmmalı şəxsiyyətlərindən biri Xristofor Kolumb dünyaya gəlib.
Xristofor Kolumbun həyatına dair məlumatlarda etibarlı faktlardan daha çox boşluqlar üstünlük təşkil edir. Yaxın keçmişə qədər səyyah haqqında olan məlumatlarda onun sırf dahi bir kəşfçi olduğu bildirilsə də, son zamanlar alimlərin onun şəxsiyyətinin digər tərəflərinə də nəzər salınmasını təklif etdiyi tədqiqatlar yer almaqdadır.
Belə ki, amerikalı tarixçi Qovard Zinn Yeni Dünyada avropalı mühacirlərin əmələ gəlməsinin kütləvi müstəmləkəçiliyin, qul alverinin və yerli xalqların məhv edilməsinin başlanğıcına yol açdığından əmindir.
Ovqat.com Xristofor Kolumb haqda tarix kitablarda rast gəlinməyən bir sıra həqiqətləri dəyərli oxucularına təqdim edir.
Kolumbun böyük səyahətlərə başlamazdan əvvəl nə işlə məşğul olduğuna dair məlumatlar qeydə alınmayıb. Bəzi tədqiqatçılar dənizçinin keçmişdə quldur və qul alverçisi olduğu üçün, həyatına dair bəzi məlumatları cidd-cəhdlə gizlətdiyindən əmindir. O, həqiqətən də qul alverinin fəal aparıldığı Qərbi Afrika sahillərinə kimi gedib çıxmışdı, lakin onun orada əslində nə işlə məşğul olduğuna dair heç bir dəqiq məlumat yoxdur. Həmçinin gələcək kəşfçinin ticarət və toxuculuqla çörək pulu qazanan bir rəiyyət ailəsində doğulduğuna və əsilsiz mənşəyini xatırlamağı sevmədiyinə dair məlumat da mövcuddur.
Yeni Dünyanın Avropada ilk yaşayış məskəni (Kolumbun özü buranı gah Hindistan, gah Çin, gah da Yaponiya adlandırırdı) Haiti adasındakı La-Navidad ("Milad") olub. 1942-ci ildə İspaniya eskadrasının gəmilərindən biri qəzaya uğradı, gəmi heyəti sahilə çatdı və Kolumb ilk yaşayış məsksəninin əsasını qoyaraq, ispanları adada qoyub getmək qərarına gəldi. Ərzaq ehtiyatı çox az olsa da, Kolumb dənizçilərin yerli əhalini ram etməkdə çətinlik çəkməyəcəyindən əmin idi. Bir ildən sonra dəniz səyyahı adaya qayıtdıqda, yerli sakinlərin bütün mühacirləri onlarla pis rəftar etdiklərinə görə öldürdüklərindən xəbər tutub.
Kolumbun ən məşhur səhvi onun Asiya sahillərinə çatdığından əmin olması idi. Lakin dəniz sayyahı öz hesablamalarında yanılmışdı - Asiya onun zənn etdiyindən ən azı 3 dəfə aralıda idi, onun qarşısında yaranan isə yeni bir qitə idi. Cənubi Amerikada Kolumbdan xeyli əvvəl normanlar yaşamışdı, qitənin müstəmləkəyə məruz qalması (əhali məskunlaşdırılması) isə məhz onun ekspedisiyalarından başlamışdı. Belə ki, Kolumb Haitidəki ispan koloniyasında sərt qanunlar müəyyənləşdirdi: bütün üsyanlar amansızcasına yatırıldığı zaman istər yerli əhaliyə, istərsə də ispan mühacirlərinə heç bir güzəşt edilmədən, ağır cəza tədbirləri tətbiq olunurdu. Kolonistlər hətta Kolumbu ispan kralına da şikayət etmişlər. Kral Komissarı dəniz səyyahını həbs edib qandallayaraq İspaniyaya gətirmişdi. Kral Ferdinand isə nəinki Kolumbu azad etmiş, hətta onun Yeni Dünyaya dördüncü ekspedisiyasını da maliyyələşdirmişdi.
Kolumb öz məziyyətlərini layiqincə dəyərləndirməklə yanaşı, həm də yeni torpaqların vitse-kralı təyin olunmasını tələb edirmiş. Dəniz səyyahının çoxlu sayda əlverişli təkliflər irəli sürdüyünə baxmayaraq, kral Ferdinand onun bu təkəbbürünü ifratçılıq hesab edirdi. Belə ki, Kolumb yeni torpaqlarda məskunlaşdırmaq üçün azad vətəndaşların deyil, cinayətkarların göndərilməsini təklif edirdi ki, bu da onların həbsxanalarda saxlanılmaları üçün sərf olunan məsrəflərin xeyli azalmasına səbəb olurdu. Lakin bu medalın tərs üzü də var idi: cinayətkarlar yaşayış məntəqələrinin hakimiyyətinə qarşı tez-tez üsyanlar qaldırırdı.
Kolumbun əsas dəstavüzü Asiyada İspaniyanın böyük ehtiyac duyduğu qızılın çoxlu miqdarda olmasına dair ehtimalı idi. Dəniz səyyahı bu qızılı əldə edərək, dövlət xəzinəsinə çatdıracağını öhdəsinə götürdü. Bunun qarşılığında o, gəlirin onda bir hissəsini, açıq torpaqlara idarəçiliyin ona həvalə edilməsini və şöhrətləndirilməsini tələb etmişdi. Həmçinin o, İspaniyaya "istənilən qədər qul gətirəcəyini" söz vermişdi.
Özünün birinci ekspedisiyasına dair hesabatında Kolumb Asiya sahillərinə və "Çin" (Haiti) sahilinin yaxınlığında yerləşən adaya çatdığını iddia etmişdi. Zəngin qızıl yataqlarını tapmağa nail olmasa da, yerli sakinlərin qul qismində İspaniyaya aparılması baş tutmuşdu. Bu məqsədlə seçilmiş 500 nəfər yekəpər aravak kişi və qadınlarından 200 nəfəri yolda dünyasını dəyişmişdi. Koloniyada qalmış yerli sakinlərə isə son dərəcə amansız münasibət sərgilənmişdi: kişilər mədənlərdə, qadınlar isə plantasiyalarda həlak olurdu.
Kolumbun 1506-cı ildə dünyasını dəyişməsi, demək olar ki, diqqət çəkməmişdi - həmin zamana qədər onun şöhrəti artıq solmuşdu. Ölümündən təqribən 20 il sonra dəniz səyyahının məziyyətləri təriflənməyə və mədh olunmağa başladı. Amerikada ona qarşı münasibət bugünədək birmənalı deyil: Kolumb Günü nəinki müxtəlif cür nümayişlərlə qeyd olunur, hətta səyyahın müstəmləkəçi adlandırıldığı və "qatil" şüarı yazılmış portretlərinin nümayiş etdirilməsi ilə müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilir.
İşğal edilmiş ərazilərin yerli sakinləri çox vaxt köləliyə sürüklənməklə yanaşı, həm də avropalıların əyləncə vasitəsinə çevrilirdi. (publika.az)
Paylaş: