Xəbər lenti
 
"Samsung” şirkəti elastik ekranları hələ bir neçə il bundan öncə göstərmişdi və hər il şaiyələr yayılırdı ki, yaxın zamanda elastikli cihazlar təqdim olunacaq.
Technote xəbər verir ki, gələn il məlumatların özünü doğruldacağı gözlənilir.
"Samsung Electronics” şirkətinin mobil şöbəsinin rəhbəri Koh Donq-Jin bildirib ki, 2018-ci ildə "Galaxy Note” seriyasının elastik ekrana sahib yeni smartfonu təqdim ediləcək.
Yeni modelin necə görünəcəyi hələlik məlum deyil. Belə ki, o, sözün əsl mənasında bükülə bilən və ya qapaqlı telefon tərzində ola bilər. Çox güman ki, elastikli "Galaxy Note”, şirkətin "Galaxy Note Edge” cihazı kimi ilk təcrübi smartfonu ola bilər.



Ana səhifəyə qayıt        Baxış: 716          Tarix: 13-09-2017, 20:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma