Xəbər lenti

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Ovqat.com DGK-ya istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand Prime", 2 ədəd "Samsung Galaxy J3", 1 ədəd "Samsung Galaxy On5" markalı mobil telefonlar, arxa oturacağın arxasından isə 2400 ədəd "Marlboro" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 1 042          Tarix: 3-05-2017, 11:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma