Hələ də sirli aləm kimi alimlərin təhqiqat obyekti olan insan orqanizmi barədə hər gün yeni məlumatlar alırıq.
Ovqat.com medicina.az-a istinadən orqanizmimizlə bağlı indiyə qədər bilmədiyimiz, hər kəsin təəccübünə səbəb olacaq faktları təqdim edir:
1. Ürəyiniz bədəndən ayrılanda da işləməyə davam edir. Çünki ürəyin öz elektrik impulsu mövcuddur. Ürəyiniz hər gün bir yük maşının 32 km yol qət edə bildiyi qədər enerji istehsal edir.
2. Qulaq asdığınız musiqi növünə görə, mimika və ürək döyüntülərinizin sürəti də dəyişir.
3. İnsan bədənindəki ən güclü əzələ çənə əzələsidir.
4. Qulaqlar və burunun həmişə böyüməyə davam etdiyini bilirdiniz?
5. Ayıq olduqda insan beynindəki güc kiçik bir lampa üçün kifayət edən elektrik istehsal edir.
6. Çarpayınızın altındakı tozun əksəriyyəti əslində sizin dərinizin ölü hüceyrələridir.
7. Beyniniz orqanizminizin qan və oksigen cəminin 20%-ni istifadə edir.
8. Gənc bir insan təxminən 7,000,000,000,000,000,000,000,000,000 atomdan ibarətdir.
9. Barmaq izində olduğu kimi, hər bir insanın bənzərsiz dil izi də var.
10. Xərçəngin 100-dən çox növü var və bundan bədənin hər hansı bir hissəsi təsirlənə bilər.
11. Hər gecə 7 saatdan az yatmaq ömrü azaldır.
12. İnsan gözü təxminən 10 milyon fərqli rəngi ayırd edə bilir.
13. Beyin inkişafını 40 yaşına qədər davam etdirir.
14. Hər saat insan dərisinin təxminən 600 min hüceyrəsi tökülür.
15. Orqanizmdə həddindən artıq tük olması, həmin insanın daha yüksək bir zəkaya malik olduğunu göstərir.
16. Ağzınızdakı bakteriyanın sayı dünyadakı insanların sayından daha çoxdur.
17. İnsan sümükləri poladdan daha güclüdür.
18. Tərin əslində, qoxusu yoxdur. Amma dəri üzərindəki bakteriyalarla qarışdığı vaxt orqanizm qoxu verməyə başlayır.
19. İnsan gözü bir rəqəmsal kamera olsaydı, 576 meqapiksel olardı.
20. Bir addım atmaq 200 əzələni birdən işlədir.
21. Orta hesabla bir insan həyatı boyunca iki üzgüçülük hovuzu dolduracaq qədər tüpürcək ifraz edir.
22. Ölümdən sonra üç gün ərzində, axşam yeməyinizi həzm etməyə kömək edən fermentlər sizi yox etməyə başlayır.
23. Burnumuz təxminən 50 min qoxunu xatırlaya bilir.
24. Sümüklərin 31%-i sudan ibarətdir...
Paylaş: