Xəbər lenti

 

“İŞİD”ə qatılan azərbaycanlı ailənin iki övladı xilas edilib.

2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdulla İraqın Təl-Afər şəhərindən xilas edilərək Bağdada gətirilib.

Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər. Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq atası və anasının Mosulda öldüyünü deyib. Lakin Azərbaycanın hansı bölgəsindən olduqlarını, baba və nənəsinin harda yaşadıqlarını bilmədiyini söyləyib.

Əgər bu videodakı uşaqları tanıyan varsa, sözügedən sayta müraciət etsinlər.\Sputnik Azərbaycan\




Ana səhifəyə qayıt        Baxış: 802          Tarix: 20-09-2017, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma