Mosulun İŞİD-dən tamamilə təmizlənməsi prosesi bir neçə saat içərisində başa çata bilər.
Ovqat.com bildirir ki, məlumatı İraq Federal Polisinin komandiri Raid Şakir Cövdət mediaya açıqlamasında bildirib.
Çövdət həmçinin Babul Cədid (Yeni Qapı), Köhnə Körpü və Şəfa məhəllələrindəki qarşıdurmalarda 79 İŞİD-çinin öldürüldüyünü və qarşıdurmaların yaşandığı bölgələrdə çətin vəziyyətdə qalan 550 vətəndaşın xilas olunduğunu da deyib.
Onun dediyinə görə, mülki vətəndaşların arasına sızan onlarla İŞİD-çi də tutulub.
İraqın Savaş Mətbuatı təşkilatı isə sosial şəbəkə səhifəsində Mosulda qalan İŞİD-çiləri təslim olmağa çağırıb, əks təqdirsə, onların öldürüləcəklərini xatırladıb.
İraq hərbi qüvvələri dünən Köhnə Mosulda Şəfa məhəlləsi ilə bəzi bölgələri tam nəzarət altına aldıqlarını bəyan etmişdilər.
Paylaş: