Xəbər lenti

 UEFA 2020-ci ildə keçiriləcək Çempionlar Liqasının finalına ev sahibliyi etməyə namizəd stadionların adlarını açıqlayıb.

 Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, namizədlər sırasında Türkiyənin Atatürk Olimpiya Stadionu və Portuqaliyanın Estadio da Luz stadionları yer alıb. Yekun qərarın gələn ilin iyununda veriləcəyi bildirilib.

 Qeyd edək ki, bundan əvvəl  Atatürk Olimpiya Stadionu 2005-ci il mayın 25-i keçirilən Çempionlar Liqasının finalının "Liverpul" - "Milan" görüşünə ev sahibliyi edib.




Ana səhifəyə qayıt        Baxış: 655          Tarix: 4-11-2017, 07:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma