Xəbər lenti

  Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.

“Report” xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Həftənin açılış matçı Gəncədə keçiriləcək. Şahin Diniyevin istefasından sonra baş məşqçi postuna gətirilən Yunis Hüseynov “Qəbələ” ilə görüşdə debüt edəcək. Rəqib 25 xalla 3-cü pillədə qərarlaşsa da, 7 xalla son sırada yer alan “Kəpəz” cari çempionatda qazandığı 2 qələbədən birini məhz “qırmızı-qaralar”la dueldə əldə edib. VII tura təsadüf edən qarşılaşmada gəncəlilər səfərdə Kərim Diniyev və İlkin Sadıqovun qolları ilə qələbəyə seviniblər – 2:0.

Ümumiyyətlə, “Kəpəz” “Qəbələ” ilə son 4 oyunda meydanı qolsuz tərk etməyib. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv 3 oyundur “sarı-göylər”i üstələyə bilmir. Bu komandalar indiyə qədər çempionatda 17 dəfə üz-üzə gəliblər və hərəyə 6 dəfə qələbə qazanıblar.

Turun ikinci oyunu “Neftçi” və “Keşlə” arasında baş tutacaq. Bu kollektivlərin ilk dövrədəki qarşılaşmasında “ağ-qaralar” Derlis Meza Kolli və Rəhman Hacıyevin qolları ilə qələbə qazanıblar – 2:0. Özü də, bu, Tərlan Əhmodovun “Neftçi”nin baş məşqçisi postunda ilk qalibiyyəti olub.

“Keşlə” ilə görüşlərdə ardıcıl 4 qələbə qazanan “Neftçi”, 8 oyundur meydanı qolsuz tərk etmir. “Ağ-qaralar” əvvəlki 25 çempionat matçından 25-də qalib gəlib, 13 dəfə yenilib.

Qeyd edək ki, XIII tura noyabrın 26-da keçiriləcək “Sumqayıt” – “Səbail” və “Zirə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

XIII tur

25 noyabr (şənbə)

14:30. “Kəpəz” – “Qəbələ”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Gəncə şəhər stadionu

17:00. “Neftçi” – “Keşlə”

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Asim Xudiyev

Bakı. “Bakcell Arena




Ana səhifəyə qayıt        Baxış: 775          Tarix: 25-11-2017, 07:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma