Xəbər lenti

 "Report" xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.

Əslində, IV tura sentybarın 8-də start verilməli idi. Lakin Peşəkar Futbol Liqası (PFL) “Qarabağ” və “Kəpəz” klublarının müraciətləri əsasında təqvimə dəyişiklik edib. Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Çelsi" ilə İngiltərədə keçirəcəyi ilk tur matçına daha yaxşı hazırlaşmaq məqsədilə "Səbail”lə oyunun başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL görüşün sentyabrın 8-dən dekabrın 8-nə etələyib.

“Kəpəz” isə ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək “İnter”lə ev matçının səfər qarşılaşması kimi qeydə alınmasını xahiş edib. Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan PFL görüşün sentyabrın 9-da “İnter Arena”da təşkilinə qərar verib. IV turda meydan sahibi “İnter”, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” təsdiqlənib.

Həftənin açılış matçı mövsümə istədiyi kimi başlaya bilməyən “İnter”lə sonuncu pillədə qərarlaşan “Kəpəz” arasında olacaq. Meydan sahibləri ilk 3 turda 1 dəfə qalib gəlib, 2 dəfə uduzduqları halda, qonaqların gücü yalnız “Kəpəz”lə qolsuz heç-heçə etməyə çatıb.

Bu kollektivlərin Son 8 oyunda qonaq tərəf qələbə qazana bilməyib. “İnter” son 13 matçda 1 dəfə uduzub. Ümumiyyətlə, paytaxt təmsilçisi gəncəlilərə qarşı keçirdiyi 26 matçdan 15-də qalib gəlib, 5 dəfə yenilib.

Günün digər matçında isə “Qəbələ” “Zirə”ni qəbul edəcək. Mövsümə ardıcıl 3 qələbə ilə başlayan qonaqlar 9 xalla 1-ci pillədə qərarlaşıblar. Meydan sahibləri isə yalnız səfərdə “Qarabağ”a uduzmaqla, 3-cü sıradadırlar.

Bu kollektivlərin son 5oyununda “Zirə”ə qalib gələ bilməyib. Üstəlik, “Qəbələ” son 6 matçdır meydanı qolsuz tərk etmir. Son iki görüşdə isə heç-heçə qeydə alınıb. “Qırmızı-qaralar” qəsəbə komandası ilə qarşılaşdığı 8 oyundan 3-də 3 xal əldə etdiyi halda, 2 dəfə zəif uduzub.

Azərbaycan Premyer Liqası

IV tur

9 sentyabr

17:00. “İnter” – “Kəpəz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Asim Xudiyev

“İnter Arena”

9 sentyabr (şənbə)

20:30. “Qəbələ” – “Zirə”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu (CBC Sport/canlı)




Ana səhifəyə qayıt        Baxış: 933          Tarix: 9-09-2017, 08:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma