Xəbər lenti

                                                

Beynəlxalq Olimpiya Komitəsi (BOK) daha 3 rusiyalı idmançıya ömürlük cəza kəsib. Rusiya mətbuatının məlumatına görə, bunlar bobsleyçi Aleksandr Kasyanov, Aleksey Puşkaryov və İlvir Xuzindi.
Onlar antidopinq qaydalarını pozduqları üçün ömürlük idmandan kənarlaşdırılıblar. Kasyanovun Soçidəki Qış Olimpiya Oyunlarında Maksim Beluqinlə təşkil etdiyi cütlük, həmçinin Xuzin, Puşkaryov və Beluqinlə birgə olduğu “dördlük” 4-cü yeri tutub. Lakin 2014-cü ildəki turnirdə bu komanda bürünc medal əldə etməli idi. Çünki çempion olmuş rusiyalı Aleksandr Zubkovun ekipajının dopinq qaydalarını pozduğu aşkarlanıb. Ekipajın 4-cü bobsleyçisi Beluqinin məsələsi isə BOK-un komissiyası tərəfindən araşdırılır.
Kasyanov, Puşkaryov və Xuzinə Qış Olimpiya Oyunları da daxil olmaqla, BOK-un bayrağı altında keçirilən bütün tədbirlərdə çıxış etmək qadağan edilib.
Qeyd edək ki, BOK bundan əvvəl Olimpiadada medal qazanmış daha 10 rusiyalı idmançının nəticəsini ləğv edib. Şimal qonşularımızın aktivində 9 qızıl medal qalıb ki,bunun sayəsində ruslar ümumi komanda hesabında 1-ci pilləni əldən veriblər.//Apasport.az

 




Ana səhifəyə qayıt        Baxış: 616          Tarix: 29-11-2017, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma