Xəbər lenti

                       

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində keçiriləcək Qış

Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.

 “RBK”-nın verdiyi xəbərə görə, bu barədə BOK-un saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, Oyunlarda olimpiya bayrağı altında yalnız “təmiz” (doppinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə biləcək.

Məlumatda qeyd olunub ki, Rusiya bayrağı, “Rusiya” yazısı daxil olmaqla, bu ölkəyə dair istənilən atributun nümayiş etdirilməsi qadağan olunub. Bundan başqa, rusiyalı idmançılara dövlət himnini səsləndirməyə qadağa qoyulub.

BOK-un relizində qeyd olunur ki, rusiyalılar rəsmi olaraq “Rusiyadan gəlmiş olimpiya idmançıları” kimi təqdim edilə bilərlər: “Onlar üzərində bu sözlər yazılmış geyimdə və Olimpiya bayrağı altında çıxış edə bilərlər. Mərasimlərdə isə, Rusiyanın yox, Olimpiadanın himni səsləndiriləcək”, – deyə məlumatda bildirilir.

Rusiyan İdman Nazirliyinin heç bir nümayəndəsi Olimpiadada akkreditasiya edilməyib.

Vitse-prezident, sabiq idman naziri gələcəkdə bütün Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırılıb. Eyni qərar onun müavini Yuri Naqornıx barəsində də çıxarılıb.

Rusiya Olimpiya Komitəsinin sabiq rəhbəri Dmitri Çernışenko “Pekin-2022” Əlaqələndirmə Komitəsində iştirakdan kənarlaşdırılıb.

Rusiya Olimpiya Komitəsinin hazırkı rəhbəri Aleksandr Jukov BOK-dan uzaqlaşdırılıb.

BOK-un İcraiyyə Komitəsinin Lozannada keçirilən iclası zamanı iki komissiya rəhbərinin hesabatı dinlənilib. Onlardan biri Olimpiada-2014-də iştirak etmiş rusiyalı idmançıların doppinq testlərinin təkrar yoxlanılması ilə məşğul olub. Bu komissiyanın fəaliyyəti nəticəsində Rusiya Soçi Olimpiadasında əldə etdiyi 33 medaldan 11-dən məhrum edilib və nəticədə, medal hesabında birinciliyi itirib.

İkinci komissiya isə Rusiya hakimiyyətinin dövlət antidoppinq sisteminin işinə müdaxilə etməsini araşdırıb.//APA




Ana səhifəyə qayıt        Baxış: 816          Tarix: 5-12-2017, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma