IV İslam Həmrəyliyi oyunlarında boks yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün daha 3 idmançımız rinqə çıxacaq.
İlk olaraq mübarizəyə 69 kq-da yarışan Tamerlan Abdullayev başlayıb. O, 1/8 finalda Tamerlan türkmənistanlı Muhemmetmirat Sahedovla qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.
O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.
60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev yarışa 1/4 finaldan start verəcək. Onun ilk rəqibi isə 1/8 finalda qayanalı Yoel Vollimasonu məğlub edən türkiyəli Hakan Doğan olacaq.
Boks millimizin 91 kq-dakı təmsilçisi isə Teymur Məmmədov olacaq. London Olimpiadasının bürünc, I Avropa Oyunlarının isə qızıl medalçısı olan dəri əlcək ustasının rinqə ilk çıxışı 1/4 finala təsadüf edəcək. Məmmədov yarımfinala çıxmaq üçün Özbəkistan boksçusu Sardorbek Beqaliyevi yolundan kənarlaşdırmalıdır.
Qeyd edək ki, boks yarışlarının reqlamentinə görə, yarımfinala adlayacaq idmançılar ən az bürünc medalları özü üçün təmin etmiş olacaq.
Paylaş: