Xəbər lenti

 

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasovmedal qazana bilməyib.

Bürünc medal uğrunda görüşdə Ermənistan güləşçisi Artur Şahinyana uduzub.

İlk hissəsi 1:1 başa çatan görüşdə Şahinyan daha beş xal qazanaraq bürünc medala sahib çıxıb.

Gənclər arasında ikiqat dünya çempionumuz olan İslam Abbasov döşəyi ağlayaraq tərk edib.

Bu, cari dünya çempionatında Ermənistan güləşçilərinə ilk məğlubiyyətimiz sayılır. Bundan əvvəl yunan-Roma güləşində Taleh Məmmədov və Kamran Məmmədov erməni rəqiblərinə qalib gəliblər. Kamran Məmmədovun sözügedən qələbəsinin videosunu təqdim edirik. \\oxu.az




Ana səhifəyə qayıt        Baxış: 859          Tarix: 27-10-2018, 22:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma