Xəbər lenti

 

"Barselona”nın müdafiəçisi Havyer Maskerano dünən İspaniya kubokunun "Alaves”ə qarşı final matçında (3:1) zədə alıb.

Bu haqda klubun saytı məlumat yayıb. Dizindən zədələnən argentinalı futbolçunun 6 həftəlik sıradan çıxdığı bildirilib. Bundan baçqa, oyunun gedişatında Maskerano Markos Lyorente ilə toqquşub. Bu zaman başından qaç açılan futbolçu meydanı xərəkdə tərk edib.

Beləliklə, zədəsi səbəbindən Argentina millisinin üzvünün Braziliya (9 iyun) və Sinqapurla (13 iyun) yoxlama matçlarını buraxacağı dəqiqləşib.




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 29-05-2017, 12:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma