Xəbər lenti

 

Son Azərbaycan çempionu "Qarabağ" yeni transferə hazırlaşır.

"Qafqazinfo" İspaniya mətbutatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi İspaniya La Liqasında çıxış edən “Leqanes”in futbolçusu Kvabena Ovusunu transfer etməyə yaxındır.

“Leqanes”lə “Qarabağ” arasında artıq razılaşma əldə olunduğu da bildirilir. 22 yaşlı hücumçu hazırda icarə əsasında “Kordoba” klubunda çıxış edir.

Qeyd edək ki, İspaniyanın B Sequndasında mübarizə aparan komanda ilə bu mövsüm 16 oyuna çıxan qanalı futbolçu 6 qol vurub. Ovusunun “Kordoba” ilə icarə müqaviləsi mövsümün sonuna qədərdir.




Ana səhifəyə qayıt        Baxış: 1 207          Tarix: 20-01-2020, 20:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma