Bu gün Azərbaycanın daha iki klubu futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
“Report”un məlumatına görə, “Qəbələ” Bakıda Polşa təmsilçisi “Yagelloniya”nı qəbul edəcəyi halda, “Zirə” Rumıniyanın Curcu şəhərində “Astra”nın qonağı olacaq.
Son iki mövsümdə Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayan və qrupa düşməyi bacaran “Qəbələ” bu dəfə yarışa nisbətən gec qoşulur. Yay fasiləsində 9 futboçu transfer edən “qırmızı-qaralar” Polşa komandası ilə görüşə yenilənmiş heyətlə çıxacaq. Bu mənada, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektivin necə təsir bağışlayacağı maraqla gözlənilir.
“Qəbələ”nin rəqibi isə I təsnifat mərhələsində özünü yaxşı tərəfdən göstərməyi bacarıb. “Yagelloniya” Gürcüstan “Dinamo”suna (Batumi) hər iki oyunda (1:0, 4:0) qalib gələrək, yoluna davam edib.
Avrokuboklarda ilk mövsümünü keçirən “Zirə” uğurlu bir başlanğıc edib. Ayxan Abbasovun baş məşqçisi olduğu komanda I təsnifat mərhələsində Lüksemburq “Differdanj”nı hər iki matçda üstələyərək (2:0, 2:1), “Astra”ya rəqib olub.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
13 iyul
21:00. “Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa)
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Qvido Uinkmann (hakimlər briqadası Almaniyadandır)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Bakı. “Bakcell Arena”
21:30. “Astra” (Rumıniya) – “Zirə” (Azərbaycan)
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hakimlər briqadası Belarusdandır)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)
Curcu. Marin Anastasoviçi stadionu
Paylaş: