Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok matçına çıxacaq.
Ovqat.com apasport.az-a istinadən xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Samtredia" ilə qarşılaşacaq.
Tiflisdəki səfər görüşü böyük ölçüdə formal xarakter daşıyır. Buna səbəb ilk oyunun nəticəsidi. Bakıda qonaqların qapısından 5 cavabsız qol keçirən Ağdam klubu demək olar ki, cütün taleyini həll edib.
Buna baxmayaraq, Qurban Qurbanovun yetirmələrinin qarşısında yenə çətin vəzifə durur. Gürcüstan çempionu ilə ikinci görüşü zədə və cəzasız başa vurmaq, üstəlik reytinq savaşı aparmaq lazımdı.
Söhbət 5:0 hesablı qələbədən sonra arxayınlaşıb, kiçik hesablı yenilgi almamaqdan gedir. Bu, həm ölkəmizin reytinqi, həm də "Qarabağ"ın öz imici üçün önəmlidi. Çempionumuz rəqib meydanına qələbə ilə Azərbaycanın hesabına daha 0,250 xal əlavə etmək üçün çıxmalıdı.
Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
18 iyul
21:00. "Samtredia" (Gürcüstan) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
Tiflis. Boris Payçadze adına "Dinamo Arena"
İlk oyun - 0:5
Paylaş: