Xəbər lenti

Bu gün Azərbaycan klubları Avropa Liqasının II təsnifat mərhələsində cavab oyunlarına çıxacaqlar. 3 komandadan yalnız 1-i evdə oynayacaq.

"Zirə" Rumıniya "Astra"sını sınağa çəkəcək. İlk görüşdə "Astra" 3:1 hesabı ilə qalib gəldiyindən, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv ya 2 cavabsız qolla, qapısında qol görəcəyi təqdirdə isə ən azı 3 top fərqi ilə qələbə qazanmalıdır. Buna nail olacağı halda, "Zirə" Avroliqanın III təsnifat mərhələsində Ukrayna "Aleksandriya"sı ilə qarşılaşacaq.

Ölkənin ilk görüşdən qalib ayrılan yeganə təmsilçisi Bakı "İnter"i Lüksemburqda "Fola Eş"in qonağı olacaq. Zaur Svanadzenin baş məşqçi olduğu komanda 2 top fərqi ilə uduzmasa, mərhələ adlayacaq. Bu halda, "İnter" Avroliqanın III təsnifat mərhələsində "Qalatasaray" (Türkiyə) - "Ostersun" (İsveç) cütünün qalibi ilə qarşılaşacaq.

Nəhayət, "Qəbələ" Polşada "Yagelloniya" ilə üz-üzə gələcək. İlk oyunda Bakıda 1:1 hesablı heç-heçə qeydə alındığından, "qırmızı-qaralar" səfərdə ən azı minimal hesabla qalib gəlməli və ya daha çox qol vurmaqla heç-heçəyə nail olmalıdırlar. Bu niyyəti gerçəkləşdirəcəyi təqdirdə, Roman Qriqorçukun baş məşqçi olduğu komanda Avroliqanın III təsnifat mərhələsində Yunanıstan "Panatinaikos"unu sınağa çəkəcək.

Avropa Liqası, II təsnifat mərhələsi

Cavab görüşləri

21:00. "Zirə (Azərbaycan) - "Astra" (Curcu, Rumıniya)

Baş hakim: Georgi Vadaçkoriya

Yan xətt hakimləri: Zaza Menteşaşvili, Georgi Elikaşvili

Dördüncü hakim: Qoqa Kikaçeişvili (hamısı Gürcüstan)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Hakim-inspektor: Sergey Zuyev (Rusiya)

Bakı, "Dalğa Arena"

İlk oyun - 1:3

21:30. "Fola Eş" (Lüksemburq) - "İnter" (Bakı, Azərbaycan)

Baş hakim: Donatas Rumsas

Yan xətt hakimləri: Aleksandr Radius, Vladimir Gerasimov

Dördüncü hakim: Robertas Smitas (hamısı Litva)

UEFA nümayəndəsi: Alvaro Albino (Portuqaliya)

Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)

Eş sür-alzett, "Emil Mayriş" stadionu

İlk oyun - 0:1

23:30. "Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Konstantin Sebastian Koltesku

Yan xətt hakimləri: Radu Adrian Stefan Ginqulyak, Vladimir Urzitsa

Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)

UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)

Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)

Belostok, "Miejski" stadionu

İlk oyun - 1:1.

 




Ana səhifəyə qayıt        Baxış: 1 037          Tarix: 20-07-2017, 12:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma