Xəbər lenti

 

"Kəpəz" və "Səbail" klubları futbol üzrə Azərbaycan Premyer Liqasının 2017/2018 mövsümündə ilk dövrədəki ev oyunlarını başqa stadionlarda keçirəcək.

Ovqat.com Report-a istinadən xəbər verir ki, bunu Klublar Komitəsinin sədri Kamran Quliyev deyib.

O bildirib ki, sözügedən klubların ev oyunlarını keçirdiyi stadionlar hazırda təmirdə olduğu üçün alternativ varinat seçiləcək: "Bu klublar rəqiblərini harada qəbul edəcəklərinə özləri qərar verəcəklər. Artıq "Səbail" klubu ev oyunlarını harada keçirəcəyi ilə bağlı seçimini edib. Debütant rəqiblərini Mərdəkanda yerləşən "Dalğa Arena"da qəbul edəcək. Onlar ilk dövrədəki oyunlarının hamısını səfərdə keçirməyəcəklər. Yəni, təqvimə dəyişiklik edilməyəcək".

Qeyd edək ki, "Səbail" ev oyunlarını "Bayıl Arena"da, "Kəpəz" isə Gəncə şəhər stadionunda keçirir. 




Ana səhifəyə qayıt        Baxış: 767          Tarix: 11-08-2017, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma