Xəbər lenti

Danimarkada fəaliyyət göstərən İraq Türkmanları Mədəniyyət Mərkəzi avqustun 23-də Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə qarşılaşacaq “Qarabağ” klubuna dəstək verəcəyini açıqlayıb.

Bu barədə məlumatı diaspor fəalı Elnur Eltürk verib. Onun sözlərinə görə, mərkəzin sədri Sadullah Hamid “Qarabağ”ın oyununu səbrsizliklə gözlədiyini qeyd edib:

“Bu gün Danimarkada 2000-ə yaxın İraq türkməni yaşayır. Demək olar ki, hamısı 23 avqustda baş tutacaq qarşılaşmadan məlumatlıdırlar. “Qarabağ”ın beynəlxalq arenada uğurları İraq türkmanlarını sevindirir və onları xüsusi sitmul verir. Azərbaycanın uğuru, bizim uğurumuzdur. Bundan sevinməmək və qürurlanmamaq mümkün deyil. Özümüz sona qədər “Qarabağ”a dəstək üçün orada olacağıq. İnanıram ki, ”Qarabağ” meydandan qalib kimi ayırılıb, bizləri sevindirəcək”.
publika.az




Ana səhifəyə qayıt        Baxış: 731          Tarix: 14-08-2017, 16:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma