Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Çempionatın lideri "Zirə" "Sumqayıt"ı qəbul edib.
Zirə Olimpiya Kompleksinin meydanında keçirilmiş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 52-ci dəqiqədə Riçard Qadze açıb. 61 və 78-ci dəqiqələrdə isə Vüsal İsgəndərli "dubl" edib. "Sumqayıt" bu qollara 88-ci dəqiqədə cavab verib. 88-ci dəqiqədə "Zirə"nin legioneri Jozef Bum topu öz qapısına göndərib.
Bu qələbə sayəsində xallarını 9-a çatdıran "Zirə" vahid liderə çevrilib. "Sumqayıt" isə 3 xalla 5-ci pillədə qalıb.
Qeyd edək ki, ilk oyun günündə "Neftçi" "Kəpəz"lə qolsuz heç-heçə edib, "İnter" "Səbail"i yenib - 1:0./Publika.az/