Xəbər lenti

Kriptovalyutaların güclü potensialının olmasına baxmayaraq, hazırda istifadəsində əsas məqsəd çirkli pulların yuyulmasıdır. 

"Report" xəbər verir ki, bu açıqlamanı 5,7 trln. ABŞ dolları aktivləri ilə dünyanın ən böyük investisiya şirkəti olan "BlackRock"un baş direktoru Lourens Fink (Laurence Fink) "Bloomberg" telekanalına müsahibəsində verib.

Fink bir çox maliyyə qurumunun fikirlərinə qatılaraq kriptovalyutaların cari vəziyyətini mənfi qiymətləndirib. Baş direktor bildirib ki, əgər hər hansı qlobal kriptovalyuta yaradılsa, bu, kibercinayətlər üçün həssas zəmin yaradacaq.

İnvestisiya şirkətinin rəhbəri blokçeyn texnologiyası ilə maraqlandıqlarını, müştəriləri ilə bir sıra layihələrdə onun tətbiqini həyata keçirdiklərini qeyd edib. Lakin hazırda kriptovalyutaların daha çox spekulyativ platforma kimi istifadə olunduğunu bildirib.

Hazırda kriptovalyutalar ətrafında yüksək fəallıq var. Bunun da səbəbi pulların yuyulması, bir bölgədən digər bölgəyə köçürülmək istənməsidir. Əgər həqiqətən qlobal rəqəmsal valyuta yaransa, o zaman pulların yuyulması dayanar, bütün köçürmələr identifikasiya olunar və əməliyyatlara nəzarət edilər.




Ana səhifəyə qayıt        Baxış: 698          Tarix: 5-10-2017, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma