Xəbər lenti

"Bakıda 79 taksi dayanacaq məntəqəsinin yeri müəyyənləşdirilib və 150-sinin təşkili üzrə işlər aparılır".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə əsasən, özəl sektor məşğul olur:

"Qeyd edim ki, taksi fəaliyyətində şəffaflıq təmin edilib. Belə ki, taksi fəaliyyəti üçün fərqlənmə nişanı almaq istəyən hüquqi və fiziki şəxslər müraciət etdikdən 5-7 dəqiqə ərzində fərqlənmə nişanı ilə təmin olunurlar.

Bakı şəhərinin dünyanın cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsini, çoxsaylı turist axınını və şəhər barədə ilk təsəvvürün məhz hava limanından yaranmasını nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda xarici qonaqlara, ölkə vətəndaşlarına göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə “Airporttaxi” konsepsiyası hazırlanıb, hava limanında xidmət edən taksilərə və onların sürücülərinə dair xüsusi tələblər müəyyən edilib. Hazırda bu istiqamətdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə işlər görülür".




Ana səhifəyə qayıt        Baxış: 808          Tarix: 10-10-2017, 11:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma