Gəncədə idarə etdikləri avtobusları və ya taksiləri harada gəldi saxlayan, buna görə də tıxaclara səbəb olan və başqa qayda pozuntularına yol verən içtimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib.
Ovqat.com ARB TV-yə istinadən xəbər verir ki, reyd şəhərin Nizami Sovxozu adlanan ərazisində, Nizami prospektində və mərkəzi küçələrində aparıldı.
Təssüf ki, yenə də avtobus və taksi sürüclərinin qaydaları pozması hallarına az rast gəlinmədi. Xüsusən də öz şəxsi avtomobilləri ilə taksi xidməti göstərən sürüclərin maarifləndirməyə ehtiyacı olduğu aşkarlandı.
Qaydaları pozan sürücülərlə maarifləndirici söhbətlər aparıldı və onlara ictimai nəqliyyat vasitələrini idarə edənlərin qaydalara daha diqqətlə yanaşmalı olduqları xatırladıldı. Xəbərdarlıqlara məhəl qoymayanları isə əlbəttə ki, cəza gözləyir.
Reyd zamanı cərimə edilənlər arasında fərqlənmə nişanı olmadan fəaliyyət göstərən bir neçə taksi sürücüsü də var idi.
Videonu izləmək üçün şəklə klikləyin:
Paylaş: