Xəbər lenti

London və Nyu-york birjalarında elektron hərraclar zamanı neftin dünya qiymətləri artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı hərracların nəticələri deməyə əsas verir.

Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı yüngül neftin dekabr fyuçerslərin qiyməti 1.04 faiz artaraq, bir barel üçün 52,44 dollara bərabər olub.

London birjasında “Brent” markalı neftin ICE Futures fyuçerslərin qiyməti isə 1,7 faiz artıb, bir barel üçün 58,29 dollara bərabər olub.




Ana səhifəyə qayıt        Baxış: 617          Tarix: 25-10-2017, 11:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma