Xəbər lenti

"Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb. ABB-nin mətbuat xidmətindən verilən xəbərə görə, "Fitch" bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq B- səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla B səviyyəsinə yüksəldib.Agentliyin şərhində qeyd edilir ki,reytinqlərin yüksəldilməsi Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq Aqrarkreditə ötürülməsi üzrə son tədbirlərlə bağlı dır. Üçüncü rübün yekun hesabatına görə, Azərbaycan Beynəlxalq Bankının Fitch tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11 faiz təşkil edir. Fitch ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib.//APA




Ana səhifəyə qayıt        Baxış: 639          Tarix: 21-11-2017, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma