Xəbər lenti

  Azərbaycan Beynəlxalq Bankı defolt bayrağını qaldırdıqdan sonra bu qərarın ağır nəticələrinin yalnız həmin bankla qalmayacağı, ölkəmizin bütün bank sisteminin beynəlxalq imicinə təsir edəcəyi gözlənilirdi. Bankın sabiq rəhbəri Cahangir Hacıyev də məhz bu arqumentə əsaslanıb iki gün öncə keçirilən məhkəməsində Azərbaycan rəhbərliyini xəbərdar edir və ABB-nin restrukturizasiyası məsələsinə yenidən baxmağa çağırırdı. Digər mütəxəssislərin də bənzər əndişələri dilə gətirməsinə baxmayaraq, rəsmi Bakı riskli addımı atmaq məcburiyyətində qaldı.

Üstəlik, Maliyyə naziri Samir Şərifovun Londonda sözügedən bankın kreditorlarıyla  keçirdiyi görüşlərdə ABB-dəki səhmlərin əvvəldən tam dövlət qarantiyası altında olmadığını bildirməsi analoji bəhanələrin digər banklar üçün də irəli sürülmə ehtimalını yaradırdı.

Bütün bu yanlış siyasətlər ölkəmizin bank sisteminə beytnəlxalq etimadı azaldır və bu isə istər-istəməz digər bankların beynəlxalq reytinqinə təsirsiz ötüşməyəcəkdi və gözlənilən oldu.

Ovqat.com xəbər verir ki, beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “PAŞA Bank” ASC-nin uzunmüddətli emitent defoltu reytinqini “BB-“dən “B+”a salıb.

Report.az-ın məlumatına görə, bu barədə agentliyin rəsmi saytı xəbər verib.

Agentlik həmçinin “PAŞA Yatırım Bankası A.S.”nin milli uzunmüddətli reytinqini “A”dan “BBB+”a endirib. Hər iki reytinq üzrə proqnoz “neqativ”dən “stabil”ə yenilənib.

Qeyd edək ki,  “Fitch Ratings”-ın kredit dərəcələrində “BB-“ kataqoriyası spekulyativ, “B+” isə çox spekulyativ mənalarına gəlir.




Ana səhifəyə qayıt        Baxış: 1 110          Tarix: 27-05-2017, 11:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma