Xəbər lenti

 Rusiyanın gömrük orqanları "Uslada" kombinatının istehsalı olan 1250 kq "Xutorok skazok" ticarət nişanlı vaflinin Azərbaycana ixracının qarşısını alıb.

Rusiya mətbuatı yazır ki, Samara vilayətinin gömrük keçid məntəqəsindən bildirilib ki, kombinat Çeboksarıda fəaliyyət göstərən "Akkond" fabrikinə məxsus ticarət nişanından qanunsuz olaraq istifadə edib.

Bundan sonra Samara şirkəti barəsində inzibati iş açılıb. Belə ki, məhsul məhv edilib, kombinat isə 100 min rubl məbləğində cərimələnib. 




Ana səhifəyə qayıt        Baxış: 735          Tarix: 12-05-2017, 21:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma