“Romir” holdinqi araşdırması çərçivəsində nə qədər rusun mağazaya getməkdən xoşu gəldiyini öyrənib. Respondentlərin 86%-i düşünür ki, mağazaya alış-verişə getmək ehtiyac və rutindir. Sorğuda iştirak edənlərin cəmi 14%-i isə mağazaya gedib, alış-veriş etməkdən məmnun olduqlarını deyiblər. Daha çox bu cür hissələri isə 24 yaşına qədər olan gənclər (24%) yaşayır. Bu kateqoriyadan olan insanların ən azı isə 7% ilə 56 yaşdan böyük olanlardır.
FED.az xəbər verir ki, bu barədə “Ria Novosti” şirkətin tədqiqatına istinadən xəbər verir.
Sorğu iştirakçıları, həmçinin mağazanı seçən zaman hansı kriteriyalara diqqət etdiklərini də açıqlayıblar. Respondentlərin 64,5%-i üçün mağazanın evə yaxın yerləşməsi vacibdir. 61% respondent üçün qiymətlərin münasib olması önəmli amildir. Respondnetlərin 57%-i mağaza seçərkən malların çeşidlərinin çoxluğuna önəm verirlər. 49% respondent isə mağazanı endirim və aksiyaların çoxluğuna görə seçir. Ruslar üçün mağazaların seçimində kartla ödənişin mümkünlüyü (44,5%), ticarət zalının təmizliyi (36,3%), təzə meyvə və tərəvəzlərin olması (33,8%), növbələrin yoxluğu (30%), gülərüz personal (27%) və başqa amillər də önəmli rol oynayır.
Araşdırmanın nəticələrinə görə, alıcıların 1/3 məhz ikinci sadaladığımız faktorlara daha çox əhəmiyyət verir: “Kiçik mağazalardan hipermarketlərə qədər olan pərakəndə satış müəssisələrinin sahibləri arasında əsas rəqabət artıq əlavə göstəricilərin yaxşılaşdırılması sahəsində inkişaf etməkdən ibarətdir. Bunlar müştərinin rahatlığı, komfortu, alıcılar ilə işçilər arasındakı münasibətlərdir”, – deyə tədqiqatın nəticələrində qeyd olunub.
Sorğuda 18 yaş və yuxarı olan 1,8 min insan iştirak edib. Sorğu Rusiyanın istənilən federal əyalətində, müxtəlif şərtlər altında yaşayan insanlar arasında keçirilib.
Paylaş: