Xəbər lenti

Azərbaycanda qarajlardan nəqliyyat vasitələrinin parklanması üçün istifadə edilməyəcək.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarında dəyişiklik edib.

Qərarla təsdiq edilən "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"yə əsasən, qaraj nəqliyyat vasitələrinin durması və parklanması üçün nəzərdə tutulan mühafizə olunan tikili sayılıb. Dəyişikliyə əsasən isə artıq qaraj yalnız nəqliyyat vasitələrinin durması üçün nəzərdə tutulan mühafizə olunan tikili olacaq. Bu qərar iyulun 1-dən qüvvəyə minir.

“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda da müvafiq dəyişiklik edilib.

Qeyd edək ki, “Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında” qərarla təsdiq edilən "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə" pullu duracaq və qarajlarda nəqliyyat vasitələrinin saxlanılması qaydalarını müəyyən edir.

Beləliklə, fiziki və hüquqi şəxslər yaratdıqları pullu qarajlardan nəqliyyat vasitələrinin pullu parklanması üçün istifadə edə bilməyəcəklər.

 




Ana səhifəyə qayıt        Baxış: 1 050          Tarix: 2-06-2017, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma