Xəbər lenti

Bu il Azərbaycanda “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsi gözlənilir.

“Report”un məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.

Plana əsasən, məcburi dövlət sosial sığorta haqlarının strukturunda işçi ilə işəgötürən arasında nisbətlərə yenidən baxılması, işəgötürənin payının bu nisbətdə mərhələlərlə azaldılması və işçinin payının artırılması nəzərdə tutulub. 

 




Ana səhifəyə qayıt        Baxış: 1 123          Tarix: 3-06-2017, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma