Maliyyə Nazirliyi Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrini təqdim edib.
2020-ci il və ortamüddətli dövrdə respublikanın milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrindən irəli gələn vəzifələrin icrası prioritet olacaq.
Eyni zamanda, dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas prioritetlərini təşkil edəcək.
2019-cu ildə artım istiqamətlərinin maliyyə tutumu 2,3 milyard manata bərabər olmaqla, 4,2 milyon nəfəri əhatə edib.
Layihədə göstərilib ki, sosialyönlü siyasətin prioritetliyi 2020-ci ildə də saxlanılmaqla, bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.
2019-cu ildə tətbiq olunmuş və 2020-ci ilə proqnozlaşdırılan artımlar üçün növbəti ilin dövlət və icmal büdcələrində cəmi olaraq dörd milyard manatadək əlavə vəsait nəzərdə tutulub. \Demokrat.az
Paylaş: