Xəbər lenti

 

Azərbaycanın bank sektoru cari ilin doqquz ayı ərzində 522,7 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə Oxu.Az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.

Bildirilib ki, bu il üçün olan göstəricilər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,05 dəfə çoxdur.

Belə ki, bu ilin yanvar-sentyabr ayları ərzində bankların əməliyyat gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% çox olmaqla, 1 935,1 milyon manat təşkil edib. Eləcə də, əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz çox olmaqla 1 242,7 milyon manat, mənfəət vergisi ödəmələri 2,2 dəfə çox olmaqla 55,4 milyon manat, digər gəlirlər 17,8 dəfə çox olmaqla  21,4 milyon manat artıb, xüsusi ehtiyatlara ayırmalar isə 56,75% az olmaqla 135,7 milyon manat təşkil edib.




Ana səhifəyə qayıt        Baxış: 263          Tarix: 24-10-2019, 16:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma