Filial şəbəkəsində biznes proseslərinin optimallaşdırılması layihəsinə start verən "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) bu layihəni "Business Process Management" (BPM) texniki platformasının bazasında həyata keçirir.
"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, hazırda bu platforma Bankın Bakı şəhərindəki filiallarında tətbiq olunur: "İlin sonuna qədər Bankın bütün xidmət şəbəkəsinin bu sistemə keçidi planlaşdırılır".
Qeyd edək ki, adıçəkilən texniki məhsuldan dünyanın bir sıra aparıcı banklarının fəaliyyətində istifadə olunub və yüksək səmərə əldə edilib. “Bu məhsulun Azərbaycan Beynəlxalq Bankında da tətbiqi biznes proseslərinin avtomatlaşdırılmasına, işin effektivliyinin artırılmasına, müştərilərə xidmətin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcək. Biznes proseslərinin optimallaşdırılması ABB-nin yerinə yetirdiyi strateji layihələrdən biridir”,- məlumatda qeyd olunub.
36 filiala və 40 şöbəyə malik olan ABB-nin məhsul və xidmətləri barədə ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Paylaş: