ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini gözləniləndən daha sürətlə artıracaq. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, belə bir fikirin formalaşmasına səbəb iyunun 14-də FED rəhbəri Canet Yellenin "Uçot dərəcəsinin 2020-ci ilə qədər 3,5%, 10 illik dövlət istiqrazları üzrə gəlirliyin 4% həddinə yüksəlməsini gözləyirik" ifadəsi olub.
Məlumatda həmçinin, ABŞ-da son inflyasiya göstəricilərinin aşağı olmasına baxmayaraq, FED-in daha rahat şəkildə faizləri artırdığı qeyd olunub.
"Forbes" jurnalının iqtisadi təhlilçisi Bil Konerli (Bill Conerly) bildirib ki, FED öz addımlaı ilə 2019-cu il inflyasiya gözləntilərini nəzərə alır. Belə ki, iqtisadiyyatda atılan addımların təsiri bəzən 6-18 aydan sonra hiss edilir. Analitik FED üzvlərinin əbəs yerə faizləri artırmaq qərarı vermədiklərini qeyd edib. İqtisadçı diqqətlərin maaşların ümumi səviyyəsinə çevrilməsi zərurətini vurğulayıb. Maaşların artması inflyasiyanın sürətlənəcəyinə işarə edəcək.
Paylaş: