"Rusiyanın neft sektoru problemlərini dövlətin iştirakı olmadan həll edə bilər, buna görə də yaxın 7-8 ildə o, təmamilə özəlləşdirilməlidir". "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın keçmiş maliyyə naziri, hazırda Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri olan Aleksey Kudrin Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda verib.
"Neft sektoru yaxın 7-8 ildə tam özəlləşdirilməlidir. Orada bizə dövlət şirkətləri lazım deyil. Dövlət statusu şirkətlərə müsbət effektdən daha çox ziyan gətirir", - deyə Kudrin bildirib.
Çıxışı zamanı uçot dərəcəsi məsələsinə toxunan Kudrin qeyd edib ki, inflyasiyanın 4% səviyyəsində sabitləşməsi hər 6 ayda uçot dərəcəsini 0,5 faiz bəndi azaltmağa imkan verə bilər: "Mərkəzi Bank uçot dərəcəsini azatmağa davam edəcək".
Paylaş: