Xəbər lenti


OPEK+ ölkələri Nazirlər Komitəsinin noyabrın 30-dan başlanan müzakirələri bu gün axşam saatlarında yekunlaşıb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, neft ölkələri 2021-ci il yanvarın 1-dən gündəlik hasilatı hazırkı həcmdən 0,5 milyon barel artırmaq barədə qərar qəbul ediblər. Xatırladaq ki, apreldə qəbul olunmuş qərarda yanvardan gündəlik hasilatın 1,7 milyon barel artırılması nəzərdə tutulurdu. Lakin koronavirus pandemiyasının təsiri ilə dünyada neftə olan tələbatın gözləndiyi qədər artmaması və qiymətlərin düşməsi razılaşma tərəflərini yanvardan hasilatı nəzərdə tutulandan 3 dəfədən də çox az artırmağa vadar edib.

Nazirlər həmçinin qərara gəliblər ki, 2021-ci ildə hər ayda bir dəfə toplaşıb bazardakı vəziyyəti müzakirə edərək müvafiq qərarlar qəbul etsinlər. Beləliklə, nazirlərin növbəti görüşü 2021-ci il fevralın əvvəlində baş tutacaq.


Ana səhifəyə qayıt        Baxış: 1 318          Tarix: 3-12-2020, 23:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma