Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib.
"APA-Economics"in EIA-ya istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olacaq. Gələn il isə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək.
Rüblər üzrə proqnozlara gəldikdə isə, agentlik burada da gözləntilərini sabit saxlayıb. Beləliklə, proqnoza görə, bu ilin III rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 670 min barel, IV rübündə isə 700 min barel təşkil edəcək. 2021-ci il üzrə də rüblük proqnozlar dəyişməyib və Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı müvafiq olaraq 720 min barel, 740 min barel, 750 min barel və 750 min barel olacağı gözlənilir.
EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 780 min barel olub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar