Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
Koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin hamısı çıxış yolu deyil. Onların arasında təsdiqini tapmayanlar da var.
Bu barədə Gürcüstanda tanınmış həkim İrakli Dartsmeliya yoluxmanın artacağı təqdirdə karantin tədbirlərinin yenidən sərtləşdirilməsi ilə bağlı Media.az-ın sualını cavablandırarkən bildirib.
O, bununla bağlı Gürcüstan nümunəsindən bir neçə misal çəkib.
“Məsələn, burada, Gürcüstanda saat 21:00-dan sonra komendant saatı tətbiq olunur. Gecə küçələrdə hərəkət virusun yayılmasına nə qədər təsir göstərə bilər? Günün sonunda mağazalarda hərəkət daha təhlükəlidir. Bəlkə mağazalara gecə-gündüz işləməyə icazə verilsin, bu zaman insanlar rahatlıqla, izdihamsız ehtiyac duyduğu malları alsınlar... Yollarda, məsələn üçzolaqlı olmasına baxmayaraq, yalnız bir zolaqla hərəkət etməyimizə icazə verildi. Havanın daha təmiz olacağını deyirlər. Bu, kimin ağlına gəlib? Təkzolaqlı yolda böyük tıxaclar yaranır, avtomobillərin mühərrikləri işləyir”, - deyə o bildirib.
Həkim indiki dövrdə ən vacib məsələnin sosial məsafənin qorunması və şəxsi gigiyena tədbirlərinə riayət edilməsi olduğunu deyib.
“Düşünülməmiş məhdudiyyətlər iqtisadiyyatın müxtəlif sahələrinin çökməsinə səbəb olur və COVID-19-la bağlı vəziyyətin düzəlməsinə heç cür kömək etmir”, - deyə İrakli Dartsmeliya vurğulayıb.
Karantin tədbirlərinə gəldikdə isə, müsahib bildirib ki, bütün bunlar tibb müəssisələrinin yüklənməsinin qarşısını almaq üçündür.
“Qalan hər şey sunaminin qarşısını tələsik karton dalğaqıranla almağa bənzəyir”, - deyə həkim sözlərini yekunlaşdırıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar