Xəbər lenti

 

“Standard Insurance” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədr müavini Rəfail Çəndirli və Maliyyə Departamentinin direktoru Faiq Quliyev işdən çıxıb.

Ovqat.com bildirir ki, bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Onların yerinə hələlik təyinat olmayıb.

Xatırladaq ki, “Standard Insurance” 2002-ci ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 11 mln. manatdır. Şirkətin səhmləri 100% “AB Standard” QSC-yə məxsusdur.

“Standard Insurance” 2016-cı ili 6 mln. manata yaxın xalis zərərlə başa vurub və hazırda maliyyə çətinlikləri yaşayır. Şirkət Maliyyə Bazarlarına Nəzarət Palatasının xüsusi nəzarəti altındadır və Palata ona kapitalını artırmaq üçün bu ayına sonuna qədər vaxt verib.




Ana səhifəyə qayıt        Baxış: 889          Tarix: 23-06-2017, 19:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma