Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Türkiyə Mərkəzi Bankın sədri Naci Ağbalın vəzifədən uzaqlaşdırılması Türk lirəsinin bir gündə 17% ucuzlaşmasına səbəb olub.
Ovqat.com xəbər verir ki, ötən həftə 7.20 səviyyəsinin altına düşən Türk lirəsinin məzənnəsi Mərkəzin Bankın sədrinin dəyişdirilməsi məlumatı ilə yenidən 8.40 lirəni keçib.
Məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan faiz dərəcəsini ümumilikdə 875 bal artıran Naci Ağbalı istefaya göndərib və onun yerinə yüksək faiz dərəcələrini tənqid edən Dr. Şahap Kavcıoğlunu gətirib.
Prezidentin bu barədə Fərmanı “Rəsmi Qəzet”də yayımlanandan sonra lirə dəyərini itirməyə başlayıb. Şənbə günü 7.50 lirəyə (19%) yüksələn dollar məzənnəsi bazar günü qismən sabitləşib və 7.20 lirəyə (17%) enərək həftəni tamamlayıb. Bu gün isə TL/$ məzənnəsi yenidən 8.5-ə qədər yüksəlib. Mənfi trend davam edir.
“Bloomberg” nəşri Türk Lirasının ucuzlaşmasını investor güvəninə zərbə vurması ilə əlaqələndirib və “Bazarların ilk reaksiyası bəzi analitiklərin proqnozlarını aşdı” kimi dəyərləndirib. Nəşrin bildirdiyinə görə, Ağbal dövründə faiz artımı ilə dollar / TL məzənnəsi fevral ayında 8.57-dən 6.89-a qədər aşağı çəkilsə də, sonrakı dövrdə yenidən yüksəlib.
Analitiklər məzənnə yüksəlişini üç səbəbdən qaynaqlandığına inanırlar: ABŞ-da istiqraz gəlirliliyinin artması; R.T.Ərdoğanın kürəkəni Berat Albayrakın yenidən Maliyyə naziri vəzifəsinə gətirilə biləcəyi iddiaları ilə birlikdə istehlak mallarının qiymətlərindəki kəskin artım; enerji məhsullarının qiymətinin bahalaşması.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar