Xəbər lenti

Rusiyanın “Qazprom” şirkəti yalnız qaz ixracını saxlamaqla Türkiyənin daxili bazarından tamamilə çıxa bilər.

“Report” xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “Qazprombank” Rusiya qazının Türkiyəyə idxalını həyata keçirən “Avrasia” və “Enerco” şirkətlərində 60% paya malik olan “Promak” şirkətindən çıxış işlərini tamamlayır.

“Promak” 2014-cü ildə “Qazprombank” və “Akfel Holding”in birgə müəssisəsi olaraq yaradılıb. “Qazprombank”ın bu müəssisədə 40%,”Akfel Holding”in isə 60% payı olub. Daha öncə “Qazprom”un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedev şirkətin Türkiyədə digər aktivi olan “Bosphorus gas”ın satış planından danışıb: “Türkiyə bazarı “gözlənilməz”dir və lirənin zəifləməsi, tariflərin tənzimlənməsinə görə cəlbediciliyini itirir”.

Mənbənin bildirdiyinə görə, bu məsələdə “Bosphorus” şirkətinin 2016-cı ildə təxminən 100 mln. avro zərərlə işləməsi vacib faktor olub.

“Bosphorus gas” şirkətində “Qazprom”un payı 71%-dir. “Qazprom” bu şirkətdəki payını hazırda 29% paya malik olan “Sen Group” şirkətinə satır.

Mənbə qeyd edib ki, “Qazprom”un Türkiyə bazarından çıxması qazın qiyməti ilə bağlı danışıqlarda mövqeyini möhkəmləndirə bilər.

Bununla belə mənbə bildirib ki, hazırda “Qazprom”un Türkiyə bazarından getməsi barədə yekun qərar hələ verilməyib.

 




Ana səhifəyə qayıt        Baxış: 985          Tarix: 28-06-2017, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma