Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsi
- Qüdrət bəy, Sizcə, Qarabağda nə baş verir?
- Erməni təxribatları. Ermənistan müharibəni uduzduğundan Baş nazir Paşinyan 10 noyabr 2020-ci ildə atəşkəs haqında Birgə Bəyanatı imzalamağa məcbur oldu, amma o, Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa və sülh sazişi bağlamağa hazır deyil. Baxmayaraq ki, erməni xalqı məğlub Baş nazirə ikinci dəfə ona görə səs verdi ki, o bunu etsin. Amma Paşinyanın bağlı olduğu Qərb dairələri Rusiyanın vasitəçiliyi ilə bu münaqişənin həll olmasında maraqlı olmadığından, o bunu edə bilmir. Məsələ burasındadır ki, heç Rusiyanın özü də bunda o qədər də maraqlı görünmür. Rusiya Ermənistana təsir imkanlarından sona qədər istifadə etmir. Rusiya sülh sazişi imzalanmadan Ermənistanı Rusiya ilə birləşdirəcək kommunikasiyaların açılmasında maraqlı görünür ki, Azərbaycan da buna getməməlidir və getməyəcək. 44 günlük savaş dövründə dəfələrlə vurğulayırdım ki, Ermənistanın bizim ərazi bütövlüyümüzü tanımadığı heç bir sənədə imza atmamalıyıq. Dünən MDB-nin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra sərhədlərin delimitasiyası və demarkasiyası, o cümlədən sülh sazişi istiqamətində konkret danışıqlara başlaya bilərik.
Regionun digər fitnəkar dövlətləri də Ermənistana ümidlər verməklə sülhə mane olur, regionda davamlı sabitliyin yaranmasına imkan vermirlər. Bütün problemlərə baxmayaraq biz yeni geosiyasi reallıqlar yaratmışıq və hər kəs bununla barışmalı olacaq. Azərbaycana qarşı informasiya savaşı və erməni təxribatları heç nəyi dəyişməyəcək. Azərbaycan çevik və qətiyyətli siyasəti ilə döyüş meydanında qazanılmış uğurların əldən verilməsinə imkan verməyəcək.
Öz tarixinin önəmli dövrünü yaşayan xalqımız indi iqtidarlı-müxalifətli bir yumruq kimi birləşməlidir.
- Qarabağ üzərində suveren hüquqlarımızın bərpa olunmasına demokratik islahatların aparılmamasının mane olması barədə fikirlər nə qədər əsaslıdır?
- Azərbaycanda iqtisadi, ardınca demokratik, hüquqi islahatların genişləndirilməsinə ciddi zərurət var. Ölkədə mövcud olan, dövlətin tam nəzarət və idarə etdiyi iqtisadiyyata (statist economy) son qoyulmalı, azad bazar iqtisadiyyatına keçilməlidir. Bizim mövcud iqtisadiyyat sovet dövrünün planlı iqtisadiyyatından da pisdir. Çünki onda nələrsə planlaşdırılır, onun icrası istiqamətində müəyyən işlər görülürdü.
Amma bunun dövlətin ərazi bütövlüyü məsələsinə heç bir aidiyyatı yoxdur. Dediklərinizi iddia edənlər etiraf etməlidirlər ki, Elçibəyin prezidentliyi dövründə heç bir demokratiya olmayıb, çünki həmin vaxt ABŞ Qarabağı azad etmək cəhdinə görə Azərbaycana sanksiya tətbiq edib, bu iqtidarın dönəmində isə onu müvəqqəti dayandırıb. İkincisi, demokratiyanın inkişafına görə çox irəli getdiklərini bəyan etdikləri Ukrayna, Gürcüstan və Moldova gərək çoxdan ərazi bütövlüklərini bərpa edərdilər. Dövlətlərin maraqları həmin ölkələrdəki siyasi rejimə bağlı məsələ deyil. Dünyada beynəlxalq hüquq böyük dövlətlərin maraqları səbəbindən ayaqlar altına atılıb. Yeni dünya, yaxud regional müharibələr təhlükəsi yaradan əsas faktor budur.
- Xarici ermənipərəst dairələr tərəfindən bizə qarşı informasiya savaşında bəzi qruplardan istifadə olunur. Onların fəaliyyətinə də qiymət vermənizi istərdik.
- Hər bir ölkənin inkişaf səviyyəsinə uyğun uğurları və problemləri var. Azərbaycanın problemlərindən biri də budur ki, dövlət orqanlarından qovulmuş bəzi məxluqlar - onlara adam deməyin özü belə böyük günahdır -səfirlər, nazirlər, deputat olub təkrar seçilmək üçün iqtidarın dəstəyini ala bilməyənlər, yaxud siyasi sürüşkənlikləri ucbatından iqtidarın əməkdaşlıqdan imtina etdiyi siyasi partiyalar, iqtidarı öyən, onun xidmətləri barədə dünya miqyaslı xarici telekanallara reportaj hazırlayan bəzi jurnalistlər indi iqtidarı devirmək üçün hər şeyə hazır olduqlarını nümayiş etdirirlər, hətta Azərbaycanın məhvi hesabına olsa da belə. Bu gün “bu rejim zülm rejimidir” deyənlər utanıb xəcalət çəkmədən həmin “rejim”in başçısının sərəncamı ilə niyə uzun illər vəzifə tutduqlarının xalqa izhanı vermirlər. Amma xalqımız onsuz da bilir ki, bu məxluqların hər biri, bəzilərinin hətta valideynləri, zamanla iqtidarı dolayısı və ya birbaşa dəstəkləmiş, aparılan siyasətə etiraz edib tutduqları vəzifələrdən istefa verməmişlər. Yalnız müxtəlif səbəblərdən kənara atıldıqdan sonra “qızğın vətənpərvərə, haqq-ədalət uğrunda mübarizlərə” çevriliblər. Bu ünsürlər 44 günlük savaş zamanı az qala Azərbaycana Ermənistan tərəfdən müharibə etməyə hazırlaşan, qanunverici orqanı separatçı rejimi tanıyan ölkəyə sığınıb, onların verdiyi çörəyi yeyib (xalqımızın çörəyi haramları olsun!) millətə “vətənpərvəlik” dərsi keçə bilməzlər. Mövcud olan, yaxud olmayan problemlərdən danışmaq bu milləti sevmək deyil. Xalqın birliyə ehtiyacı olduğu belə həssas dönəmdə kim onu parçalamaq istəyirsə, deməli, o, bu xalqın düşmənidir. Elə-belə söyləmirlər ki, hər şeyin öz vaxtı var. Xarici və daxili düşmənlərin fiti ilə iqtidarın və sağlam siyasi düşərgənin üstünə qısqırdılmışlar heç nəyə nail ola bilməyəcəklər. Özləri qorxularından qaçıb düşmən dövlətə sığınıblar, amma xalqımızı onların çağırışlarına əhəmiyət vermədiyi üçün qorxaqlıqda ittiham edirlər. Xalqımızı, rəqiblərini təhqir edən belələri mənəviyyatsız davranışlarının acısını yaşayacaq, əxlaqsız əməllərinə, düşmən tapşırıqlarını yerinə yetirdiklərinə görə gec-tez layiq olduqları cəzanı alacaqlar.
Tarixi adlar altında gizlənən bəzi siyasi partiyaların liderlərinin xarici səfirlər tərəfindən idarə olunması, təkzib olunması mümkün olmayan faktlarla ortaya çıxmaqdadır. Hansı ki, birini Arif Yunus bu günlərdə Musavatla bağlı açıqladı. Yaxud ABŞ-da Qarabağa dair Ki Uest (Key West) danışıqları zamanı elan olunmuş mitinqin səfirin tapşırığı ilə AXCP tərəfindən təxirə salınması. Bütün bunlardan sonra xalqımız bu adamlara inanıb onların arxasınca gedərmi? Rusiyanı düşmən elan edib Rusiyanın tapşırığı ilə Azərbaycana gəlib siyasi fəaliyyətə başlamış Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınması üçün “Milli Şura”nın Putinə necə yalvarması, əminəm ki, heç kimin yadından çıxmayıb. Xalqımızın bu ağla və bu cür siyasi əqidəyə malik şəxslərə diqqət yetirməsi sadəcə mümkünsüzdür.
(Xalqcebesi.az)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar