Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 19:40
Dünən, 17:54
Dünən, 14:34
Dünən, 13:37
23-11-2024, 23:16
23-11-2024, 21:43
23-11-2024, 20:29
23-11-2024, 19:31
23-11-2024, 16:10
23-11-2024, 14:55
23-11-2024, 13:38
23-11-2024, 12:14
"Mərkəzi Bank şəffaflığa görə bütün qurumların önündə getməyə borclu olan təsisatdır. Gerçəkdən bu ölkəyə investor axını istənirsə, Mərkəzi Bank hesabatlılığın və şəffaflığın nümunəsini yaratmalıdır. Amma bu qurum elementar məlumatları açıqlamağı özünə vəzifə bilmir".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri iqtisadi təhlilçi Rövşən Ağayev bildirib.
Ekspert misal kimi Mərkəzi Bankın manatın aylıq olaraq effektiv məzənnələrinə dair müşaiyətedici və izahedici məlumatların əks olunduğu geniş hesabatı açıqlamadığını göstərib: "Yalnız indeksləri açıqlamaqla iş bitmir axı? Məsələn, ən son statistikaya görə, Azərbaycan manatının effektiv məzənnələrinin hesablanmasında iştirak edən ticarət tərəfdaşlarının sayı, səbətdə onların hər birinin ticarət ağırlığı necə olub, həmin ölkələrdə inflyasiyanın səviyyəsi necə dəyişib? Hər bir ticarət tərəfdaşına münasibətdə manatın həm nominal, həm də real effektiv məzənnəsi necə dəyişib?"
R. Ağayev xatırladır ki, Mərkəzi Bank yalnız bütün ticarət tərəfdaşlarına münasibətdə cəmlənmiş orta göstərici açıqlayır.
"Məsələn, siz qazax təngəsinə və ya türk lirəsinə münasibətdə manatın real məzənnəsi barədə məlumat ala bilmirsiniz. Bank bu ölkələrin ticarət çəkiləri əsasında aqreqasiya edilmiş göstərici açıqlayır",- o qeyd edib.
Ekspert əlavə edir ki, investorlar, ö cümlədən xarici ticarətlə məşğul olanlar üçün hər bir ölkə üzrə anoloji məlumatların açıqlanamsı son dərəcə vacibdir. Onun sözlərinə görə, müstəqil təhlil institutları bu məlumatları əsas götürərək alternativ hesablamalar apara, rəsmi hesablamaların nə dərəcədə etibarlı olduğunu daima diqqətdə saxlaya bilərlər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar