Xəbər lenti
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
“Azərbaycan qardaş Türkiyəyə bu dəstəyi əsl məqamında göstərdi”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü Əli Məsimli Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Türkiyənin Mərkəzi Bankına 1 milyard avro depozit yerləşdirməsi barədə qərarını şərh edərkən deyib.
Deputat son aylar Türkiyə milli valyutasının - lirənin kəskin dəyər itirdiyini, nəticədə qardaş ölkənin iqtisadiyyatına, maliyyə sisteminə, sosial sferasına ciddi zərər dəyidiyini xatırladıb. “Türkiyə hökuməti ölkədə maliyyə sabitliyinin etibarlılığını artırmaq və lirənin ucuzlaşmasının mənfi təsirlərini münimuma endirmək istiqamətində tədbirlər sistemi həyata keçirir. Azərbaycanın da Tükiyənin maliyyə sabitliyinə müsbət töhfə verməsindən ötrü Azərbaycan Respublikasının Dövlət Neft Fondu(ARDNF) Türkiyə Mərkəzi Bankında qaytarılma müddəti 6 ay təşkil edən 1 milyard avro depozit yerləşdirib. Türkiyədə dollara tələbin artması fonunda Azərbaycanla Türkiyə arasındakı belə bir razılaşma Türkiyə Mərkəzi Bankının ehtiyatlarını artırmağa kömək edəcək. Həmin 1 milyard avro Türkiyə Mərkəzi Bankı tərəfindən lirənin məzənnəsinin tənzimlənməsində istifadə olunacaq”, -iqtisadçı vurğulayıb.
Əli Məsimlinin sözlərinə görə, Türkiyədə maliyyə sabitliyinə müsbət töhfə verəcək bu yatırım Neft Fondunun investisiya strategiyasına uyğundur: “Bununla yanaşı, həm də qarşılıqlı öhdəliklər əsasında strateji tərəfdaş ölkələrin bu cür dəstək tədbirləri ötən il iyunun 15-də Şuşada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladıqları, bu il fevralın 1-də Milli Məclisdə öz yüksək məqamlı hüquqi təsdiqini tapacaq Şuşa Bəyannaməsinin ruhuna da uyğundur. Azərbaycan və Türkiyənin ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən Şuşa Bəyannaməsində bildirilir ki, tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Neft Fondunun Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirməsi iqtisadi fəaliyyətin yarada bilmədiyi dolları, qarşılıqlı öhdəliklər əsasında strateji tərəfdaş ölkənin dəstəyi ilə əldə etmək yoludur. Bu, həm də Azərbaycanın Türkiyəyə fikirdə, sözdə və işdə həmişə üst-üstə düşən nümunəvi bir qardaşlıq jestidir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar