Xəbər lenti

DGK: Zəngəzur dəhlizinin açılması ilə burada təmassız gömrük xidmətləri təşkil ediləcək
Hazırda yeni açılacaq gömrük məntəqələri beynəlxalq status daşıyan yeni hava limanlarında tikilir. Onların hər birində yeni gömrük məntəqələri, gömrük postları açılacaq.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar olaraq burada müasir tələblərə cavab verən təmassız gömrük xidmətləri təşkil ediləcək.

S. Mehdiyev bildirib ki, Azərbaycan gömrük orqanlarının istər cənub, istərdə də şimal istiqamətdə yeni gömrük məntəqələrinin açılması ilə bağlı layihələr həyata keçirir: “Buna misal olaraq, şimal qapımız Rusiya ilə olan “Xanoba” gömtrük postunun və oradakı ticarəti asanlaşdırılması terrminalının tikinti-quraşdırılması bu il yekunlaşdırılması nəzərdə tutulub. Hesab edirik ki, bu gömrük-keçid məntəqəsinin açılması ilə şimal qapımızda olan idxal və ixrac əməliyyatlarımız, eyni zamanda tranzit potensialımızın qarşılanması istiqamətində nəqliyyat vasitələrinin iki dəfədən çox artıq keşməsini nəzərdə tutan yeni post inşa edilib. Bununla da biz pik zamanlarda nəqliyyat vasitələrinin sıxlığını aradan qaldıracağıq”.

O xatırladıb ki, bu layihə ölkə başçısının müvafiq Sərəncamına uyğun olaraq həyata keçirilir: “Gələcəkdə keçid sıxlığı olan digər gömrük məntəqələrinin restrukturizasiyası və ya yeni gömrtük postlarının tikilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, hazırda Qarabağda Zəngilan Beynəlxalq Hava Limanı tikilir, Laçın Beynəlxalq Hava Limanının inşasına başlanılması üçün işlər aparılır, Füzuli Beynəlxalq Hava Limanı isə ötən il istismara verilib.



Ana səhifəyə qayıt        Baxış: 2 934          Tarix: 30-01-2022, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma