Xəbər lenti
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
"Zəngəzur dəhlizinin açılması, nəinki region üçün, o cümlədən Avropa İttifaqına üzv olan ölkələr üçün də yeni imkanlar yaradacaq".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova Litvanın xarici işlər naziri Gabrielius Landsbergislə görüşü zamanı deyib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsindən sonra regionda yeni yaranmış reallıqlar barədə də danışan Spiker S.Qafarova deyib ki, artıq münaqişə tarixdə qalıb. Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan regionda daimi sülh və təhlükəszliyin təmin olunmasını istəyir və Ermənistana bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı təkliflər verib. Ermənistan regionda yeni reallığı dərk etməli və sülh və sabitliyin bərqərar olması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Milli Məclisin sədri rəsmi Bakının həyata keçirdiyi layihələr və mövcud olan investisya imkanları barədə məlumat verərək deyib ki, Ələt Azad İqtisadi Zonasına, işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Araz Vadisi İqtisadi Zonasına, Ağdam Sənaye Parkına, aqroparklara, informasiya kommunikasiya texnologiyaları və bərpa olunan enerji sahələrinə investisiya qoyuluşu üçün çox gözəl imkanlar mövcuddur. Sahibə Qafarova bildirib ki, Azərbaycan Litva şirkətlərini də ölkəmizdə həyata keçirilən layihələrə investisiya yatırmağa dəvət edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar